[b]AFFA-da hakim problemi: Cəzalılara ehtiyac varmış...[/b]
22.10.2015 - 10:41
[b]AFFA-da hakim problemi: Cəzalılara ehtiyac varmış...[/b]

Topaz Premyer Liqasında hakim çatışmazlığı üzə çıxıb. Apasport.az saytının məlumatına görə, IX turun bu gün açıqlanan təyinatları AFFA Hakimlər Komitəsinin ədalət təmsilçisi tapmaqda çətinliklə üzləşdiyini ortaya qoyub.

 

Belə ki, bir neçə hakimin cəzalı, birinin səhhətində problemlər olması, digərinin U-17-lərin Avropa çempionatının seçmə mərhələsində iştirakı I dövrənin son turunda problem yaradıb.

 

Nəticədə iki hakim turda 2 oyuna təyinat alıb. Ömər Paşayev və Ramil Diniyev ardıcıl 2 gün meydana çıxacaq. Sabah AZAL – “Neftçi” oyununda fit çalacaq Ramil Diniyev ertəsi gün “Kəpəz” – “Xəzər Lənkəran” qarşılaşmasında ehtiyat hakim olacaq. Paşayev isə Gəncədəki matçda dördüncü, oktyabrın 25-də “Sumqayıt” – “Qarabağ” görüşündə əlavə köməkçi hakim olacaq.

 

Dünən Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olan Rəhim Həsənov Tiflisdən qayıdandan sonra yenə təyinat alıb. O, oktyabrın 24-də “İnter” – “Rəvan” matçında ədaləti qoruyacaq. Bununla da Rəhimov 4 gündə 2 dəfə referi kimi meydana çıxacaq.

 

0