[b]AFFA-da yeni qurum yaradıldı[/b]
11.03.2016 - 14:13
[b]AFFA-da yeni qurum yaradıldı[/b]

AFFA-nın tərkibində yeni qurum yaradılıb. Apasport.az saytının məlumatına görə, bu bərədə jurnalistlərə məlumatı assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov verib.  

 

O bildirib ki, AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransından sonra baş tutan İcraiyyə Komitəsində bu haqda qərar rəsmiləşib: “Mübahisələrin Həlli Palatası yaradıb. Biz müəyyən cərimələrlə bağlı rəqəmlərə baxdıq ki, bunlar hansı səviyyədə olmalıdı. Bütün sənədlərdə bu öz əksini tapacaq”.

 

Əsas məqsədin inkişafı daha da sürətləndirmək olduğunu qeyd edən Məmmədov bu il Bakıda olacaq 17 yaşadək futbolçular arasında Avropa birinciliyinə ciddi hazırlıq getdiyini və futbolçularımızın yarışa inamla hazırlaşdığını diqqətə çatdırıb: “Maraqlı bir dövrə qədəm qoyuruq. Azərbaycan 2020-ci il də Avropa çempionatının ev sahiblərindən biri kimi seçilib. Burada təmsil olunmaq istəyirik. Buna yüksək səviyyədə hazırlaşmalıyıq və ümid edirik ki, millimiz bu yarışlarda iştirak edəcək”.