[b]AFFA-dan hakimi döyən futzalçıya 1 illik cəza[/b]
05.04.2016 - 13:38
[b]AFFA-dan hakimi döyən futzalçıya 1 illik cəza[/b]

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qruplarından olan komandaların liqaları, həmçinin futzal birinciliyinin qarşılaşmalarında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub. Apasport.az saytının məlumatına görə, komiyə üzvləri intizamsızlıqlara hüquqi qiymət veriblər.

 

Ən ağır cəza “Yasamal” klubunun futzalçısı Anar Həsənova verilib. Azərbaycan  birinciliyinin “Qatar”la matçının 15-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan oyunçu bundan sonra hakimə qarşı fiziki təzyiq göstərib. Ədalət təmsilçisini döyən futzalçı 12 ay yarışlardan kənarlaşdırılıb.

 

“Verdant”ın futzalçısı Osman Zahirbəyov isə hakimi təhqir etdiyinə görə cəzalanıb. FHN-lə oyunda etdiyi hərəkət Osmanın cəzalanması ilə nəticələnib. O, 4 oyunluq cəzaya məruz qalıb.

 

U-16 Liqasında “İnter” – “Rəvan” matçı da xoşagəlməz hadisəylə nəticələnib. “İnter”in üzvü Elvn Cəfərquliyev rəqibi bilərəkdən vurduğuna görə 4 oyunluq cəza alıb.

 

 

 

0