[b]AFFA-nın baş katibi yubilyarla görüşdü[/b]
22.12.2017 - 18:36
[b]AFFA-nın baş katibi yubilyarla görüşdü[/b]

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov tanınmış jurnalist, “Əməkdar mədəniyyət işçisi”, müxtəlif dövrlərdə futbol sahəsində çalışmış Məzahir Süleymanzadə ilə görüşüb. Apasport.az saytının məlumatına görə, baş katib AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından 65 illik yubileyi münasibətilə Süleymanzadəni təbrik edib.

 

Məmmədov yubilyara xoş arzularını çatdırıb. Süleymanzadə göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

 

Mənbə: affa.az