[b]AFFA-nın İcraiyyə Komitəsində mərhumu kim əvəzləyəcək?[/b]
04.11.2014 - 17:56
[b]AFFA-nın İcraiyyə Komitəsində mərhumu kim əvəzləyəcək?[/b]

“Ələkbər Məmmədovun vəfatından sonra “İnter”i AFFA-nın İcraiyyə Komitəsində kimin təmsil edəcəyi hələlik bilinmir”. Bunu apasport.az saytına “İnter”in prezidenti Georgi Nikolov deyib.

 

Avqustun 1-də yaşadığı evində ölü vəziyyətdə tapılan SSRİ əməkdar idman ustası Ələkbər Məmmədovun vəfatından sonra AFFA İcraiyyə Komitəsində üzv yerlərdən biri boş qalıb. 84 yaşında dünyasını dəyişən veteran futbolçu “İnter”i təmsil edirdi.

 

Bəs görəsən, bundan sonra “İnter”i AFFA-da kim təmsil etmək hüququna malik olacaq?

 

“İnter”in bolqarıstanlı prezidenti bu haqda bunları dedi: “Bu məsələ diqqət mərkəzindədi. Amma konkret hansı şəxsin yeni üzv olacağı bilinmir. AFFA ilə bu məsələ haqqında daim əlaqə saxlayırıq. İcraiyyə Komitəsinin yanvarda keçiriləcək iclasınadək bu məsələ həllini tapacaq”.

 

Səbuhi TOFİQOĞLU