[b]AFFA-nın İcraiyyə Komitəsindən 10 qərar[/b]
11.03.2016 - 15:59
[b]AFFA-nın İcraiyyə Komitəsindən 10 qərar[/b]

Bu gün “Hilton” otelində AFFA-nın İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda 10 qərar qəbul edilib.

 

Belə ki, Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib. Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.

 

AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:

 

Hakimlər Komitəsi

 

Xəqani Məmmədov – sədr

Kərim Ağayev

Rafiq Pənahpur

Ramiz Mustafayev

Səfər Haşımov

 

Hakim-İnspektorlar Komitəsi

Əli Hüseynov – sədr

Bəşir Əliyev

Tofiq Şükürov

Əsgər Əmirəliyev

Vüsal Əliyev

 

İntizam Komitəsi

Tofiq Fətullayev – sədr

İlqar Əliyev

Məlik Həsənov

Altay Zahidov

Ağamehdi Mehdiyev

Erkin Hüseynov

Rasim Zeynalov (inspektor)

 

Oyunçuların Statusu və Transferi Komitəsi

Rəmiş Malıyev – sədr

Musa Qurbanov

Zamiq Hüseynov

Orxan Hüseynzadə

Nailə Rüstəmzadə

 

Apellyasiya Arbitraj Tribunalı

Muxtar Babayev – sədr

Vasib Əkbərov

Arif Fərəcov

Zaur Qəhrəmanov

Ziya Babayev

Murad Heydərov

 

 Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

 

 Topaz Premyer Liqasında çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

 

8 km qəsəbə stadionu AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

 

 Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

 

 UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

 

 İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.