AFFA-nın sabah baş tutacaq Hesabat-Seçki Konfransına ötənlərin məşhur futbolçusu David Trezege də qatılacaq. Bu barədə apasport.az saytına məlumatı assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.
Onun sözlərinə görə, dünya və Avropa çempionu ölkəmizə hazırda səfir kimi fəaliyyət göstərdiyi “Yuventus” klubunun xətti ilə gəlib. Buna baxmayaraq, AFFA fransalını Konfransda iştirak etməyə razı salıb: “Onun Bakıya gələcəyini öyrəndikdən sonra əlaqə yaratdıq və Konfransa qatılmasını xahiş etdik. Trezege bu təklifimizi müsbət qarşıladı. Sabahkı tədbirdə o da iştirak edəcək”.
Qeyd edək ki, onunla yanaşı, tədbirə UEFA-nın yeni baş katibi Teodor Teodoridis də qonaq qismində qatılacaq. Konfrans sabah saat 10:00-da başlanacaq.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu