[b]AFFA “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə bağlı qərarını açıqladı[/b]
09.09.2014 - 13:25
[b]AFFA “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə bağlı qərarını açıqladı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum 2014/2015 mövsümündə keçiriləcək “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”larla bağlı qərarını açıqlayıb.

 

Bu komandalar arasında matçlarda baş verə biləcək hər hansı insidentin qarşısını almaq və ötən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alan komitə “Böyük oyun”larla bağlı çıxardığı əvvəlki qərarı dəyişməməyi lazım bilib.

 

2013/2014 mövsümündə qəbul edilmiş qərarları qüvvədə saxlayan komitə “Neftçi” və “Xəzər Lənkəran” klublarının iştirakı ilə baş tutacaq Topaz Premyer Liqası və Azərbaycan kuboku oyunlarında qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağanı aradan qaldırmayıb.