[b]AFFA “Neftçi” və “Qarabağ”ı cəzalandırdı[/b]
14.09.2016 - 12:37
[b]AFFA “Neftçi” və “Qarabağ”ı cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

“Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 

“Kəpəz”lə matçda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb. Oyunun 57-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün qərblilər 1600 manat cərimə olunur.

 

“Qarabağ” – AZAL matçında ev sahibi oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimələnib.

0