[b]AFFA “Sumqayıt”ı cərimələdi[/b]
02.05.2018 - 12:33
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.
“Qəbələ” – “Kəpəz” matçında qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb.. “Kəpəz” stadiona dəymiş ziyanı “Qəbələ”nin təqdim edəcəyi hesaba əsasən ödəməli olacaq.
“Sumqayıt” – “Səbail” oyununun ikinci hissəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.
0
0