[b]AFFA “Sumqayıt”ı cəzalandırdı: Muxtarov üçün mövsüm bitdi[/b]
18.04.2017 - 12:31
[b]AFFA “Sumqayıt”ı cəzalandırdı: Muxtarov üçün mövsüm bitdi[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.

 

“Sumqayıt” – “Zirə” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov  hakimlər briqadasını təhqir edib. Buna görə də komitə onu 4 oyunluq cəzalandırıb, klubu isə 3200 manat cərimələyib. Bu da o deməkdir ki, Muxtarov cari mövsümün son 2 matçını və qarşıdakı çempionatın ilk iki turunu buraxacaq.

 

0