[b]AFFA “Sumqayıt”la “Zirə”ni cəzalandırdı[/b]
20.12.2017 - 13:07
[b]AFFA “Sumqayıt”la “Zirə”ni cəzalandırdı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

 

“Neftçi” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Oyunun 90+4-cü dəqiqəsində qəsəbə klubunun futbolçusu Yovan Krneta hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Legioner bu səbəbdən 4 oyun cəzalanıb və klubunu 3200 manat ziyana salıb.

 

“Sumqayıt” – “Qarabağ” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəyəcək.