[b]AFFA autsayderləri cəzalandırdı[/b]
12.04.2018 - 14:29
[b]AFFA autsayderləri cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXII turunda baş verənlərlə bağlı müzakirələr aparılıb.

 

Komitə yüksək dəstə ilə bağlı yalnız bir matç barədə qərar verib və çempionatın iki autsayderini cəzalandırıb. “Kəpəz”lə səfər matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Keşlə” 800 manat cərimə olunub. Oyunun 26-cı dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.

0