[b]AFFA eyni komandaya yenə texniki məğlubiyyət verdi[/b]
28.03.2018 - 14:52
[b]AFFA eyni komandaya yenə texniki məğlubiyyət verdi[/b]

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Region Liqasında növbəti neqativ hal aşkarlanıb.

 

Belə ki, “Gənclik” – “Kürdəmir” matçında meydan sahiblərinin heyətində Emin Qasımovun cəzalı olduğu halda meydana çıxması diqqətdən yayınmayıb. Bu üzdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Bundan başqa, U-15 Liqasında “Viləş”lə “Zirə” arasında baş tutan görüşün 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə, meydandan qovulan qonaqların futbolçusu Mirzəbəy Şaxbazova 4 oyunluq cəza kəsilib.

 

Qeyd edək ki, “Gənclik” bu mövsüm ikinci dəfə texniki məğlubiyyətlə üzləşib. Belə ki, VI turda evdə “Füzuli” ilə keçirilən oyunun son dəqiqələrində azarkeşlər meydana axın etdikləri üçün İK “Gənclik” klubuna texniki məğlubiyyət vermişdi.