AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, tədbir mayın 11-də baş tutacaq.
Qurumun inzibati binasında keçiriləcək iclas saat 10:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də məlumdu.
Komitə üzvləri öncə Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin mayın 1-dəki iclasında irəli sürülən təklifləri müzakirə edəcək. Ardınca Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limitə baxacaq komitə Lisenziyalaşdırma prosesi ilə bağlı məlumatı dinləyəcək. Tədbirin sonunda digər məsələlər də müzakirə olunacaq.
Mənbə: affa.az