Cəza səbəbindən gələn mövsüm avrokuboklardan kənarda qalacaq “İnter” buna baxmayaraq, transfer çalışmalarına başlayıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” heyətə cəlb ediləcək ilk oyunçunu artıq müəyyənləşdirib.
Belə ki, “Sumqayıt”ın hücumçusu Ağabala Ramazanov mövsümün sonunda “İnter”ə keçəcək. Tərəflər arasında baş tutan danışıqlar yekunlaşmaq üzrədi.
“Gənclik şəhəri” təmsilçisi ilə anlaşma müddəti cari mövsümün sonuna qədər olan Ramazanov yeni komandasına azad agent statusunda yollanacaq. İlkin razılığa görə, yığma komandamızın 23 yaşlı forvardı paytaxt klubu ilə 1 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, “Sumqayıt”ın prezidenti Kamran Quliyev bir neçə gün əvvəl apasport.az saytına açıqlamasında oyunçularının “İnter”lə danışıq apardığını təsdiqləmişdi.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı