[b]Aleksey Qayın durumuna aydınlıq gəldi[/b]
14.03.2016 - 12:29
[b]Aleksey Qayın durumuna aydınlıq gəldi[/b]

Topaz Premyer Liqasının XXV turunda “Zirə” ilə qarşılaşan “Qəbələ” təkcə 3 xalı yox, yarımmüdafiəçi Aleksey Qayı da itirmişdi. Klubdan apasport.az saytına verilən məlumata görə, ukraynalı futbolçunun durumuna aydınlıq gəlib.

 

Dünən keçirilən qarşılaşmanın birinci hissəsində zədələnən və fasilədən sonra əvəzlənən 34 yaşlı oyunçu bu gün tibbi müayinədən keçib. Klubun həkimləri onun zədəsinin ciddi olmadığını və artıq sabahdan məşqlərə başlaya biləcəyini açıqlayıblar. Bu isə o deməkdi ki, Qay “Qarabağ”la XXVI tur matçında məşqçilər korpusunun ixtiyarında olacaq.

 

“Zirə” ilə görüşdə ayağından xəsarət alan və meydanı axsayaraq tərk edən digər yarımmüdafiəçi Rəşad Sadiqovun da elə bir probleminin olmadığı məlum olub. O da sabiq komandasına qarşı oynaya biləcək.

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu martın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək.