[b]Almaniya – Azərbaycan matçının məkanı bəlli oldu[/b]
12.04.2017 - 10:50
[b]Almaniya – Azərbaycan matçının məkanı bəlli oldu[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustdan AÇ-2019-un seçmə mərhələ oyunlarına start verəcək. Apasport.az saytının məlumatına görə, komandamızın səfər oyunlarından birinin yeri artıq müəyyənləşib.

 

Belə ki, Yaşar Vahabzadənin yetirmələri yer aldığı 5-ci qrupun 3-cü görüşündə Almaniyanın qonağı olacaq. Almaniya mətbuatı qarşılaşmanın oktyabrın 6-da Kotbus şəhərində keçiriləcəyini yazıb. Bundestim bundan bir ay əvvəl Kosovonu isə Osnabrükdə sınağa çəkəcək.

 

Qeyd edək ki, millimiz Almaniya ilə görüşə qədər avqustun 31-də İsrailə qonaq olacaq, sentyabrın 5-də isə İrlandiyanı qəbul edəcək.