[b]Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşdi[/b]
07.09.2017 - 14:31
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2019-un seçmə mərhələsindəki 3-cü oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Almaniya ilə oktyabrın 6-da keçiriləcək matçın başlama saatı açıqlanıb.
Kotbus şəhərindəki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma “Freundşaft” stadionunda baş tutacaq.
Qeyd edək ki, seçmə mərhələnin 5-ci qrupunda çıxış edən millimiz ilk iki oyununda İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə uduzub.
0
0