[b]Almaniya Bundesliqasında yeni komanda[/b]
17.05.2015 - 19:31
[b]Almaniya Bundesliqasında yeni komanda[/b]

Gələn mövsümdən Almaniya Bundesliqasında yeni komanda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, II Bundesliqanın 33-cü həftəsində “Leypsiq” üzərində qələbə qazanan “İnqolştad” elitaya yüksəlib.

 

2004-cü ildə yaranmış klub qısa tarixi ərzində möhtəşəm uğura nail olaraq Bundesliqaya vəsiqə qazanıb.