[b]Almaniya klubu 39 yaşlı hücumçu transfer etdi[/b]
30.09.2017 - 10:41
“Bavariya”nın sabiq hücumçusu Klaudio Pizarro özünə yeni komanda tapıb. Apasport.az saytı xəbər verir ki, ötən mövsümü “Verder”də keçirmiş perulu futbolçu karyerasını yenə Almaniyada davam etdirəcək.
Belə ki, 39 yaşlı forvard “Köln”lə anlaşıb. Razılaşmaya əsasən, o, mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, 1999-2016-cı illərdə Peru yığmasının şərəfini qorumuş Klaudio Pizarro millidə 85 oyunda 20 qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0