[b]Almaniya yığması üçün ciddi itki[/b]
06.05.2016 - 18:33
[b]Almaniya yığması üçün ciddi itki[/b]

Almaniya yığması AVRO-2016-da İlkay Gündoğanın xidmətindən yararlana bilməyəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Borussiya”nın türk əsilli futbolçusu sıradan çıxıb.

 

Dortmund klubunun məşqində zədə alan İlkayın durumu ciddidi. Həkimlər təcrübəli yarımmüdafiəçinin cari mövsümü vaxtından əvvəl bağladığını bildiriblər.

 

Gündoğanın sıraya dönməsi üçün minimum 2 ay vaxta ehtiyacı var. Bu isə o deməkdi ki, İlkay gələn ay start götürəcək Avropa çempionatını buraxacaq.