Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Differdanj” Bakıda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Lüksemburq təmsilçisində Qonçalo Almeyda, Tom Sibanelera və Pedro Ribeyro müxtəlif səbəblərdən paytaxtımıza gələn heyətdə yer almayıblar.
Xüsusən də, birincinin yoxluğu “Zirə”nin rəqibini narahat edir. Ötən mövsüm aldığı zədəni təzələyən Almeyda hələ bir neçə həftə “Differdanj”a kömək edə bilməyəcək. Bu isə o deməkdi ki, hücumameyilli oyunçu iyulun 6-da Lüksemburqda baş tutacaq cavab qarşılaşmasını da buraxacaq.
Baş məşqçi Paskal Karzaniqa bunu özləri üçün ciddi itki adlandırıb: “Onun sıradan çıxması bizim üçün çox pis xəbər oldu. Almeydanın qasıq nahiyəsində ciddi problem var. Tibbi müayinənin nəticəsi bütün sualların cavabını verəcək. Ancaq Almeyda çox güman ki, bir neçə həftə komanda ilə olmayacaq. Bu da bizə böyük zərbədi”.
Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Differdanj” matçı saat 21:00-da start götürəcək.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu