Topaz Premyer Liqasının XXII turu “Qarabağ” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ölkə çempionatlarında 1100-cü qolu vurub.
Son illərin dəyişməz çempionu “Səbail”lə hazırda davam edən görüşə qədər 1099 dəfə fərqlənmişdi. 11-ci “yüzlüy”ü son iki turda təxirə salınan Qurban Qurbanovun yetirmələri matçın 31-ci dəqiqəsində yubiley qolunu vurmağa nail olub.
Qarşılaşmada “Qarabağ”ın ilk qolunun müəllifi olan Riçard Almeyda ağdamlıların 1100-cü topuna imza atıb.
1100 qolu 743 oyunda vuran “Qarabağ” 648 dəfə evdə, 437 dəfə səfərdə, 15 dəfə neytral meydanda qol vurub. Təbii ki, texniki nəticələr top fərqində nəzərə alınmamaqla.
Mehman Alışanov təkcə “Qarabağ”ın deyil, ümumiyyətlə, ölkə çempionatlarının ilk qolunu 26 il öncə vurubsa, 1000-ci top 2016-cı ilə təsadüf edib. “Səbail”lə görüşdən 738 gün əvvəl Muarem Muarem yubiley topunun müəllifi olmuşdu.
“Qarabağ”ın çempionatdakı tarixi qolları
|
N |
Oyunçu |
Rəqib |
Yer |
Dəq. |
Mövsüm |
Tarix |
|
1 |
Mehman Alışanov |
İnşaatçı(Sabitabad) |
e |
4 |
1992 |
03.05.1992 |
|
100 |
Səttar Əliyev |
Xəzər (Sumqayıt) |
e |
68 |
1993/94 |
30.09.1993 |
|
200 |
Müşfiq Hüseynov |
Kür-Nur (Mingəçevir) |
e |
- |
1995/96 |
01.10.1995 |
|
300 |
Bəxtiyar Musayev |
Neftçi (Bakı) |
e |
64 |
1997/98 |
22.11.1997 |
|
400 |
Elmir Xankişiyev |
Şəfa (Bakı) |
s |
13 |
1999/2000 |
03.04.2000 |
|
500 |
Eldəniz Məmmədov |
Şahdağ-Samur (Qusar) |
s |
89 |
2003/04 |
13.09.2003 |
|
600 |
Vasif Haqverdiyev |
MOİK (Bakı) |
e |
14 |
2005/06 |
29.04.2006 |
|
700 |
Rəşad Sadiqov |
Qəbələ (Qəbələ) |
s |
78 |
2009/10 |
06.12.2009 |
|
800 |
Rəşad Sadıqov |
Sumqayıt (Sumqayıt) |
s |
21 |
2012/13 |
19.08.2012 |
|
900 |
Muarem Muarem |
Neftçi (Bakı) |
e |
51 |
2013/14 |
27.04.2014 |
|
1000 |
Muarem Muarem |
Rəvan (Bakı) |
e |
53 |
2015/16 |
30.03.2016 |
|
1100 |
Riçard Almeyda |
“Səbail” (Bakı) |
e |
31 |
2017/18 |
07.04.2018 |
Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.