[b]Anar Bəkirov "ofis borcu"na güldü [/b]
15.04.2015 - 15:57
[b]Anar Bəkirov "ofis borcu"na güldü [/b]

“Bu gülünc xəbərlərin hardan çıxdığını bilmirəm. Amma belə bir şeydən söhbət gedə bilməz”. Bu sözləri apasport.az saytına “Simurq”un prezidenti Anar Bəkirov deyib.

 

Ölkə mətbuatında yayılan məlumata görə, “Simurq” klubu icarə haqqını ödəyə bilmədiyi üçün “Globus Plaza” ofisindən çıxarılıb. Buna münasibət bildirən klub prezidenti xəbəri yalanlayıb: “Həmin xəbəri yazan jurnalistləri ofisimizə dəvət edirəm. Həmçinin bunun doğru olub-olmadığını dəqiqləşdimək istəyirsinizsə, sizi də dəvət edirəm. Gəlib, çayımızı içə bilərsiniz”.

 

Qeyd edək ki, Beynəlxalq Bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyevin istefasından sonra “Simurq”un fəaliyyətini dayandıracağı ilə bağlı söz-söhbətlər gəzir.