“Bavariya” ilə yolları ayrılan Karlo Ançelotti məşqçilik fəaliyyətini İngiltərədə davam etdirməyi planlaşdırır. Apasport.az saytı “Mediaset Premium” nəşrinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Arsenal”ın “sükanı arxası”na keçmək arzusundadı.
Belə ki, 58 yaşlı mütəxəssis növbəti iş yerinin London klubu olmasını istəyir. “Arsenal” rəhbərliyinin Ançelotti ilə maraqlanıb-maraqlanmadığı isə bilinmir. “Topçular” hazırkı baş məşqçi Arsen Vengerin rəhbərliyi altında cari mövsümə də istədiyi kimi başlamayıblar. “Arsenal” Premyer Liqada geridəqalan 6 turdan sonra 10 xal toplayıb və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Bu nəticə isə klub rəhbərliyini və azarkeşləri qane edə bilməz.
Qeyd edək ki, Ançelotti “Bavariya”dan öncə “Yuventus”, “Milan”, “Çelsi”, PSJ və “Real” kimi komandaları da çalışdırıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”