[b]Ançelotti Benzemanı qoruyacaq[/b]
09.05.2015 - 21:40
[b]Ançelotti Benzemanı qoruyacaq[/b]

Zədəsini sağaltdıqdan sonra komanda ilə ümumi planda məşqlərə qoşulan fransız futbolçu Karim Benzema “Valensiya” ilə qarşılaşmada meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, özünü yaxşı hiss etməsinə baxmayaraq, baş məşqçi Karlo Ançelotti onu bu oyunda riskə atmaq istəmir.

 

Fransız oyunçunun xidmətinə daha çox Çempionlar liqasında “Yuventus”la cavab qarşılaşmasında ehtiyac duyacaq Ançelotti bu səbəbdən ulduz futbolçunu qorumaq qərarına gəlib.