[b]Andrea Pirlo yubiley matçına çıxdı[/b]
05.11.2014 - 01:00
[b]Andrea Pirlo yubiley matçına çıxdı[/b]

“Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo üçün Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində evdə “Olimpiakos”la oyun əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının futbolçusu hazırda 1:1 hesabı ilə davam edən bu qarşılaşmada yubiley matçına çıxıb.

 

Belə ki, Pirlo qitənin ən mötəbər klub turnirində 100-cü matçını keçiririr.

 

Qeyd edək ki, Pirlo qarşılaşmanın 21-ci dəqiqəsində hesabı açıb. Turin klubunun sevinməsi isə çox çəkməyib. Adreanın qolundan 3 dəqiqə sonra Botia hesabı bərabərləşdirib.