[b]Ansi Aqolli milliyə çağırıldı[/b]
08.11.2016 - 12:02
[b]Ansi Aqolli milliyə çağırıldı[/b]

“Qarabağ”ın daha bir futbolçusu Ansi Aqolli də milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Albaniyanın İsraillə qarşılaşma üçün açıqlanan 26 nəfərlik heyətinə kapitan kimi dəvət alıb.

 

Albanlar noyabrın 12-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsraili qəbul edəcəklər.

 

Qeyd edək ki, Aqolli “Qarabağ”dan millilərə çağırılan 12-ci oyunçu olub. Ağdam klubunun 8 üzvü Azərbaycanın əsas, 2 oyunçusu U-21 yığmasına çağırılıbsa, qapıçı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.