[b]Ansi Aqolliyə uduzdu, komandadan getdi[/b]
11.09.2014 - 23:01
[b]Ansi Aqolliyə uduzdu, komandadan getdi[/b]

Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu tutduğu postu tərk edib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı çalışdırıcı qarşılıqlı razılıq əsasında müqavilənin müddətini ləğv edib.

 

Buna səbəb sentyabrn 7-də AVRO-2016-nın qrup mərhələsinin start matçında “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin milli komandası Albaniya yığmasına ev oyununda məğlub olmasıdır. Ağdam klubunun müdafiəçisinin 90 dəqiqə mübarizə aparıb, 0:1 hesabı ilə qalib gəldikləri görüş Bentuya baha başa gəlib.

 

Qeyd edək ki, Paulu 2010-cu ildən Portuqaliya millisinin “sükanı arxası”nda idi. Yığma onun rəhbərliyi altında AVRO-2012-nin yarımfinalında, gələcək çempion İspaniyaya penaltilər seriyasında uduzub. Braziliyada təşkil edilən DÇ-2014-də isə pireneylilər qrupda qalıblar. Bentunun komandası əvvəlcə güclü Almaniyaya 0:4 hesabı ilə məğlub olub. ABŞ millisi ilə qollu heç-heçə (2:2) edən Portuqaliya, yalnız Qana üzərində 2:1 hesabı ilə qalib gəlməyi bacarıb.