[b]Antonio Konte: Voleybolçularımızdan nümunə götürməliyik[/b]
10.10.2014 - 18:48
[b]Antonio Konte: Voleybolçularımızdan nümunə götürməliyik[/b]

AVRO-2016-nın seçmə mərhələsində millimiz bu gün İtaliya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte oyunöncəsi maraqlı fikirlər söyləyib.

 

Təcrübəli çalışdırıcı ölkələrində keçirilən qadın voleybolçular üzrə dünya çempionatında uğurla çıxış edən İtaliya millisindən nümunə götürməli olduqlarını vurğulayıb: “Qızlarımız mundialda uğurlu çıxış edir. Biz də bununla qürur duyuruq və voleybolçularımızdan nümunə götürməliyik. Lakin komandam seçmə mərhələyə pis başlamayıb. Əminəm ki, gec-tez italiyan xalqı futbol yığması ilə qürur duyacaq".

 

Qeyd edək ki, İtaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.