“Oyun gözlədiyimiz kimi çətin keçdi. Sumqayıtda süni örtüklü meydançada oynamaq ağırdır. Əvvəlki oyunlarla müqayisədə baxımlı futbol sərgiləyə bilmədik. Amma ümumi götürsək, çox da ideal olmayan meydançadakı oyunu qalib başa vurduğumuza görə şadam”. Apasport.az saytının məlumatına görə bu sözləri “Sumqayıt” - “Qəbələ” oyunundan sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk deyib:
“Elvin Camalovu meydançadan çıxarmağımın səbəbi sarı vərəqə alması idi. Düşündüm ki, gənc oyunçu digər epizodlarda ehtiyat eləməz, passivində sarı vərəqəsi olduğunu unudar. Yaxşı ki, onun yerinə meydançaya daxil olan Ruslan Tağızadə qırmızı vərəqəni daha tez yox, bir qədər gec aldı. Bu isə sözsüz ki, heç də yaxşı məqam deyil”.
“Sumqayıt”ın baş məqçisi Aqil Məmmədov isə güclü oyun nizam-intizamı olan bir komandaya qarşı mübarizə apardıqlarını qeyd edib:
“Qəbələ”nin uğurlu seriyası təsadüfi deyil. Çox keyfiyyətli oyunçulara malik bir komandaya qarşı çıxış etdik. İlk hissədə futbolçularım sanki yatmışdılar. Çox səhvlər etdik. İkinci hissədə yaxşı mübarizə aparsaq da, bu məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Çalışacağıq ki, bu oyunu unudub qarşıdakı çətin matça hazırlaşaq”.