“Qəbələ”dən yenicə ayrılan qapıçı Aqil Məmmədovun “Neftçi” ilə müqavilə şərtləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü bu gün paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.
Belə ki, əvvəlcə tibbi müayinədən keçəcək qolkiper hər hansı bir problem aşkarlanmasa, 5 ay + 1 illik müqaviləyə qol çəkəcək. Bununla, Məmmədov “ağ-qaralar”ın qış fasiləsində ilk rəsmi transferi olacaq.
Qeyd edək ki, qış fasiləsində Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Məqsəd İsayev və Edson Kastilyo ilə yollarını ayıran “Neftçi” Maksim Vaylo, Təyyar Məmmədov və Fəhmin Muradbəylini icarəyə göndərib.