[b]Aqolli çıxdı, Albaniya qələbəni əldən verdi[/b]
06.09.2017 - 00:58
DÇ-2018-in seçmə mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, G qrupunda Albaniya millisi Makedoniyaya qonaq olub.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin formasını geyindiyi “qartallar” matçdan 1:1 hesablı bərabərliklə ayrılıb. Oyunun 53-cü dəqiqəsində Roşi albanları hesabda irəli çıxarsa da, Traxkovski 78-ci dəqiqədə penalti zərbəsi ilə bərabərliyi təmin edib.
Oyuna start heyətində başlayan Aqolli 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 8 oyundan sonra aktivində 13 xal olan Albaniya turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0