[b]Aquero "Liverpul"la matçı buraxacaq[/b]
03.04.2018 - 21:01
[b]Aquero "Liverpul"la matçı buraxacaq[/b]

"Mançester Siti"nin aparıcı futbolçusu Serxio Aqueronun durumuna aydınlıq gəlib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, argentinalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"la ilk qarşılaşmanı buraxacaq.

 

Dizində zədəsi olan 29 yaşlı forvard komanda ilə birlikdə Liverpula yollanmayıb. Martın 4-də Premyer Liqa matçı çərçivəsində "Çelsi" ilə görüşdə zədələnən Aqueronun nə zaman sıraya dönəcəyi hələ bəlli deyil.

 

Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.