[b]Araz Abdullayev “fərqləndi”, komandası mübarizəni dayandırdı[/b]
11.04.2018 - 23:50
[b]Araz Abdullayev “fərqləndi”, komandası mübarizəni dayandırdı[/b]

Kipr kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” cavab qarşılaşmasına çıxıb.

 

“Apollon”la öz meydanında 1:1 hesablı bərabərə qalan Famaqusta təmsilçisi səfərdə məğlubiyyətə düçar olub – 1:2. “Anortosis” ev sahiblərinin 11 və 70-ci dəqiqələrdə vurduğu qollara 90-cı dəqiqədə 1 topla cavab verə bilib.

 

Meydana start heyətində daxil olan Abdullayev 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Onu sona 5 dəqiqə qalmış Georgios İkonomidis əvəzləyib. Bununla da “Anortosis” ölkə kubokunda mübarizəni dayandırıb.