[b]Araz Abdullayevin komandası evində darmadağın oldu[/b]
20.12.2017 - 23:00
[b]Araz Abdullayevin komandası evində darmadağın oldu[/b]

Kiprin I Divizionunda XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi dogma meydanda APOEL-lə üz-üzə gəlib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. 

 

Qeyd edək ki, 17 oyundan sonra aktivində 36 xal olan “Anortosis” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.