[b]Araz komandasına kömək edə bilmədi[/b]
28.04.2018 - 22:45
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Anortosis” XXXIV turun görüşündə AEL-i qəbul edib.
Arazın komandası doğma meydanda 0:0 hesablı bərabərliyə razılaşıb. Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 63-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 36 matçda 66 xal toplayan “Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0