[b]Araz oynadı, “Anortosis” qələbə qazandı[/b]
01.04.2018 - 23:24
[b]Araz oynadı, “Anortosis” qələbə qazandı[/b]

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Anortosis” XXX turun görüşündə "Omoniya"nın qonağı olub.

 

Arazın komandası rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Həmyerlimiz ehtiyatda başladığı matçın 81-ci dəqiqəsində oyuna daxil olub.

 

Qeyd edək ki, 30 matçda 63 xal toplayan “Anortosis” 3-cü pillədə qərarlaşıb.