[b]Arazın uğursuz günü[/b]
07.05.2018 - 00:06
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Anortosis” XXXV turun görüşündə “Omoniya”nı qəbul edib.
Arazın komandası doğma meydanda 2:1 hesablı qələbəyə sevinib. Həmyerlimiz matça start heyətində başlayıb. Qarşılaşmanın 19 dəqiqəsində sarı vərəqə ilə cəzalandırılan Abdullayev ikinci hissə başlayan kimi əvəzlənib.
Qeyd edək ki, 35 matçda 69 xal toplayan “Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0