[b]Arda Turan problemlə üzləşdi[/b]
20.04.2016 - 10:48
“Barselona”nın türkiyəli futbolçusu Arda Turan sağlamlığı ilə bağlı problemlə üzləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mədəsində ağrı hiss etdiyi üçün komandasının son məşqini buraxıb.
Müayinədən sonra Ardanın mədəsində qastrit aşkar edilib.
Təcrübəli futbolçunun İspaniya çempionatının XXXIV turunda “Deportivo” ilə bu gün keçiriləcək matçda iştirakı sual altındadı.
Qeyd edək ki, “Deportivo” – “Barselona” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
0
0