[b]Ardıcıl 7-ci çempionluq[/b]
30.04.2018 - 09:23
Bolqarıstan çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Lüdoqorets” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.
Səfərdə “Vereya”nı 3:0 hesabı ilə yenən Razqrad təmsilçisi xallarını 84-ə çatdırıb. Liderin ən yaxın izləyicisi MOİK isə rəqib meydanında “Botev”ə uduzub – 1:2. Bununla da iki komanda arasında xal fərqi 13-ə çatıb.
Bu üstünlük “Lüdoqorets”ə ardıcıl 7-ci Bolqarıstan çempionluğunu qazandırıb. Razqradlılar bununla Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə də əldə edib.
0
0