[b]Argentinalı futbolçu Madridə dönür?[/b]
10.05.2018 - 22:04
[b]Argentinalı futbolçu Madridə dönür?[/b]

Serxio Aquero yenidən İspaniyaya qayıda bilər. Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə “Marka” nəşri çıxış edib.

 

“Mançester Siti”nin argentinalı hücumçusunun xidmətində sabiq komandası “Atletiko” maraqlıdı.


Bildirlib ki, Madrid klubu futbolçu ilə danışıqlara başlayıb. Aqueronun DÇ-2018-dən sonra qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Aquero daha əvvəl 5 il “Atletiko”da çıxış edib.