[b]Arif Әsәdov: Hücum xәttindә tam istәdiyimiz kimi deyilik[/b]
02.11.2014 - 19:34
[b]Arif Әsәdov: Hücum xәttindә tam istәdiyimiz kimi deyilik[/b]

"Bu, bizim çempionatda әn yaxsi oyunlarımızdan biri idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Әsәdov deyib.

 

O, bu gün Topaz Premyer Liqasının XI turunda evdə AZAL-ı darmadağın (4:0) etmələrindən danışıb: “Oyuna da yaxşı başladıq. Futbolçulara tapşırıq vermişdim ki, topu özlərində çox saxlasınlar vә itirәn kimi pressinq etsinlər. Elә ilk qol da bundan irәli gәldi. Araz pressinq etdi, aldı vә vurdu”.

 

Əsədov Kanales haqqında vә komamdadakı çatışmazlıqdan da söhbət açıb: "Kanales yavaş-yavaş özünə gəlir. Keçәn oyun qol öturmәsi verdi, bu dәfә iki qol vurdu. Komandamda elә dә ciddi problemlәr yoxdur. Sadәcә, hücum xәttindә tam istәdiyimiz kimi deyilik. İndi daha çox istәdiyim şey komandamızın topla oynamasdı. İstәyirik ki, topla daha çox davranaq. Emil Balayevi hәm tәcrübə yığsın, həm də limitә görə oynadırıq. Elşən Abdullayevi xususi qeyd edәrdim. O, son zamanlar yaxşı çıxış edirdi, amma zәdәlәndi. İnanırıq ki, onun zədəsi ciddi olmaz”.