“Heyətdə müəyyən problemlər var idi. Bizim 3 futbolçumuz cəzalı durumdaydı. Buna baxmayaraq, oyuna qələbə üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin baş məşqçisi Arif Əsədova məxsusdu.
Təcrübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIV turunda doğma publika önündə “Qəbələ” ilə heç-heçə (0:0) etmələrindən danışıb: “İki fərqli hissə izlədik. Əgər ilk hissədə komanda öz oyununu sərgiləyə bilmədisə, ikinci hissədə daha aqressiv təsir bağışladı. Qarşıda oyunlar var. Biz növbəti oyunlarda xallar toplamağa çalışacağıq. Razıyam ki, ilk hissədə aqressiv oynamadıq. Düşünürəm ki, fasilədən sonra komandada müəyyən problemlər meydana gəlib. Oyunlarda eyni heyətə şans verə bilmirik. Çünki bizdə heyətlə bağlı müəyyən problemlər var. Kollektivdə nizam-intizam vacibdir. Əgər Araz, Elvin kimi futbolçular irəli getmək istəyirlərsə, nizam-intizamlı olmalıdırlar. Hesab edirəm ki, bundan öncə verilən qərarlar həmin futbolçular üçün yararlı oldu”.(pfl)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı