[b]Arif Əsədov əvvəl üzr istəyib, sonra futbolçuları hədələdi [/b]
01.05.2015 - 21:55
[b]Arif Əsədov əvvəl üzr istəyib, sonra futbolçuları hədələdi [/b]

“Öncə azarkeşlərdən üzr istəyirəm. Komandamız “Sumqayıt”ı məğlub etməli idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XXXII turu çərçivəsində autsayder “Sumqayıt” görüşdən bərabərliklə ayrıldı – 2:2. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında futbolçuları ittiham edən Əsədov heyətdə islahat aparılmasının vacibliyini vurğulayıb: “Görünür, bəzi futbolçular “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bu səbəbdən islahatlar həyata keçirməyin vaxtı çatıb.  Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddu. Məcburiyyətdən bəzi futbolçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Hansı futbolçuların “Neftçi”yə layiq olduğunu bilirəm. Komanda üzvlərinə dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandı. Onlar “Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidilər”.
 

Əsədovun “Sumqayıt”dakı həmkarı Aqil Məmmədov isə bildirib ki, son dəqiqələrdə buraxdıqları qol ona pis tədir edib: “Maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz.  Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydana çıxan futbolçular gücümüzə güc qata bilmədilər”.