Dünən yığma komandalar arasında yoldaşlıq görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Braziliya və Argentina milliləri rəqibləri futbol dərsi keçiblər.
Ən maraqla gözlənilən yoldaşlıq matçı Fransa və İngiltərə arasında baş tutub. 5 qolun vurulduğu oyun fransızların qələbəsi ilə yekunlaşıb.
DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Norveç isə İsveçlə qarşılaşıb. 1:1 hesabı ilə nəticələnən görüşdə ikincilərin qoluna Samuel Armenteros imza atıb. 68-ci dəqiqədə meydana daxil olan “Qarabağ”ın sabiq hücumçusu 13 dəqiqə sonra tarazlığı bərpa edib.
Yoldaşlıq oyunları
Avstraliya – Braziliya – 0:4
Qollar: Dieqo Souza, 1, 90+3; Tiaqo Silva, 62; Tayson, 75
Sinqapur – Argentina – 0:6
Qollar: Fazio, 25; Korrea, 31; Qomes, 60; Paredes, 74; Alario, 90; di Mariya, 90+3
İndoneziya – Puerto Riko – 0:0
CAR – Zambiya – 1:2
Qollar: Manyama, 23 – Mvila, 72; Mundia, 79
Norveç – İsveç – 1:1
Qollar: Elyunussi, 44 - Armenteros, 81
Rumıniya – Çili – 3:2
Qollar: Stanku, 31; Stankiu, 60; Baluta, 83 – Varqas, 8; Rossel, 18
Kamerun – Kolumbiya – 0:4
Qollar: Rodriges, 16; Mina, 30, 52; İzquyerdo, 85
Fransa – İngiltərə - 3:2
Qollar: Umtiti, 22; Sidibe, 43; Dembele, 78 – Keyn, 9, 48 (pen.)