[b]Aslan Kərimov: Psixoloji baxımdan belə olacaq[/b]
28.11.2014 - 12:38
[b]Aslan Kərimov: Psixoloji baxımdan belə olacaq[/b]

“Qarabağ”ı çətin bir oyunun gözlədiyini bilirdik. Oyun da bunu sübut etdi ki, ağır bir matç oldu”. Bu sözləri Azərbaycan millisinin məşqçisi Aslan Kərimov deyib.

 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent-Etyenn”lə keçirilən matçını izləyən Kərimov qol vurmağımızın sevindirici hal olduğunu deyib: “Vurduğumuz qol göydəndüşmə oldu. Amma rəqibin oyun boyu pressinq tətbiq etməsi bizə çətin anlar yaşatdı. Üstəlik, zədəli futbolçuların yoxluğu görünürdü. Xüsusilə də meydanın mərkəzində top saxlamaq baxımından Çumbinyonu qeyd edərdim. Əgər o oynasaydı, komandamız üçün bir qədər rahat olardı. Hər şeyə rəğmən heç-heçə etməyimiz yaxşı nəticədir”.

 

Millinin məşqçisi “İnter”lə keçiriləcək həlledici matçla bağlı da fikrini açıqlayıb. O, italyanların Bakıya vaxt keçirmək üçün gəlməyəcəyini vurğulayıb: “Ola bilər, çoxları düşünsün ki, “İnter” birinci yeri qarantilədiyiniə görə, Bakıya zəif heyətlə gələcək. Amma mən belə düşünmürəm. Bu səviyyədə artıq zəif heyət olmur. “Sent-Etyenn”lə müqayisədə “İnter”lə oyunun daha ağır keçəcəyini qeyd etmək olar. Psixoloji baxımdan belə olacaq. Həm də “İnter” kimi komandalarda birinci və ya ikinci heyət olmur. Futbolçular artıq həmin oyuna köklənməlidirlər”.