[b]İlk sarı vərəqə macarıstanlıya, qırmızı rumıniyalıya verildi[/b]
08.09.2014 - 00:30
[b]İlk sarı vərəqə macarıstanlıya, qırmızı rumıniyalıya verildi[/b]

AVRO-2016-nın seçmə mərhələsində ilk sarı və qırmızı vərəqə alan futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “sarı” ilə cəzalanan oyunçu Macarıstan - Şimali İrlandiya (1:2) oyununda olub.

 

Bu, Vilmoş Vançakdır. Meydan sahiblərinin futbolçusu qarşılaşmanın 35-ci dəqiqəsində baş hakimi Dəniz Aytekin tərəfindən cəzalanıb.

 

İlk bəxtsiz isə Rumıniya millisinin üzvü olub. Yunanıstanla səfər görüşündə 10-cu dəqiqəsində penaltini qola çevirən Kiprian Marisa 53-cü dəqiqədə Andreas Samarisə qarşı kobud oynadığı üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub.