[b]AVRO-2016: Millimizin pley-off mərhələsində rəqibi bəlli oldu[/b]
10.06.2015 - 16:16
[b]AVRO-2016: Millimizin pley-off mərhələsində rəqibi bəlli oldu[/b]

Bu gün futzal üzrə AVRO-2016-nın pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə gələn il fevralın 2-13-də Serbiyada keçiriləcək final mərhələsinə son vəsiqələrə iddiaçılar 4 cütlük təşkil edib.

 

Seçmə mərhələdə qrup ikincisi olan 7 yığma – Azərbaycan, Macarıstan, Bosniya və Herseqovina, Çexiya, Slovakiya, Qazaxıstan, Belarus və ən yaxşı nəticəyə malik qrup üçüncüsü – Rumıniya qitə çempionatda gedən yolda son rəqiblərini tanıyıb.

 

Son üç Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi də pley-off səddini adlamalıdı. Yığmamız ilk oyunları sentyabrın 15-də, cavab matçları 1 həftə sonra keçiriləcək pley-pffda Slovakiya ilə qarşılaşacaq. Millimizin ilk sınağı evdə olacaq.

 

Avropa çempionatı

Pley-off mərhələsi

 

Rumıniya - Macarıstan

Bosniya – Qazaxıstan

Çexiya – Belarus

Azərbaycan – Slovakiya

 

İlk oyunlar sentyabrın 15-də, cavab oyunları 22-də keçiriləcək.

 

Qeyd edək ki, seçmə mərhələdən sonra Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya milliləri Avropa çempionatına vəsiqə qazanıb. 2016-cı il fevralın 2-13-də keçiriləcək final mərhələsinə ev sahibliyi edəcək Serbiya yığması isə yarışa təşkilatçı ölkə kimi qatılacaq.